10 may – Psixoloqlar Gününə həsr edilmiş “Psixoloqlar üçün Hüquqi Risklər və Peşəkar Məsuliyyət” panel müzakirəsi.
Psixoloq kimi fəaliyyətinizdə hüquqi risklərlə qarşılaşmamaq və peşəkar məsuliyyət sərhədlərinizi düzgün qurmaq istəyirsiniz?
Sizi bu mövzunun real keyslər əsasında müzakirə olunacağı panel görüşünə dəvət edirik.
Bu görüşdə:
— Psixoloqların hüquqi öhdəlikləri və məsuliyyət sərhədləri
— Praktikada ən çox edilən səhvlər və onların real hüquqi nəticələri
— Pasiyentlərlə işləyərkən yaranan riskli situasiyalarda düzgün qərar mexanizmləri
— Hüquqi baxımdan təhlükəsiz və sistemli fəaliyyət modelinin qurulması
ətraflı və praktik şəkildə izah olunacaq.
11 may 2026
13:00
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, PhD Elnur Rüstəmov
Hüquqşünas Fariz Əkbərov
Hüquq psixoloqu Lamiyyə Hüseynova
Moderator: Klinik psixoloq Rövşən Nəcəfov
İştirak ödənişsizdir
Yerlər məhduddur — qeydiyyat mütləqdir
Psixoloqlar, tələbələr və sahəyə maraq göstərən hər kəs üçün açıqdır
Qeydiyyat və əlaqə: +994 (70) 268 27 08
Ünvan: Psixologiya Elmi Tədqiqat İnstitutunun akt zalı