QA Tester vakansiyası
İş şəraiti:
İş qrafiki: 5 günlük iş həftəsi
İş saatı: 08:00 – 17:00
Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək
Namizədə tələblər:
Proqram təminatının keyfiyyətinə nəzarət (QA) sahəsində minimum 1 il professional iş təcrübəsi;
Veb və Mobil (iOS, Android) tətbiqlərin həm Manual, həm də Automation test edilməsi təcrübəsi;
API test alətləri (Postman) və REST API arxitekturası ilə işləmə bacarığı;
Texniki tələblər və user story-lər əsasında test ssenarilərinin (Test Cases), test planlarının və checklist-lərin tərtib edilməsi;
PostgreSQL verilənlər bazası ilə işləmək üçün lazımi SQL sorğularını yaza bilmək bacarığı;
Real-time sistemlərin (Socket.IO, SSE) və asinxron data axınlarının test edilməsi prinsiplərinə bələd olmaq;
Aşkarlanan xətaların (bugs) Jira və ya analoji layihə idarəetmə sistemlərində aydın və strukturlaşdırılmış şəkildə qeydə alınması;
Versiya nəzarət sistemləri (Git) ilə iş qabiliyyəti.
Üstünlük verilir:
Mikroservis arxitekturalı və Event-driven sistemlərin test edilməsi təcrübəsi;
Yüksək yüklü (High-load) platformalarda performans və yük (Load/Stress) testlərinin aparılması bacarığı;
Test proseslərinin avtomatlaşdırılması (Selenium, Appium, Cypress və ya analoji framework-lər) təcrübəsi.
Maraqlanan namizədlər CV-lərini "QA Tester" başlığı ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.