Qadın sahibkarlar və tələbə qızlar üçün “FutureFem 2.0” layihəsi

 

Azercell-in dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə həyata keçirilən “FutureFem 2.0” layihəsinə qeydiyyat açıq elan olunur!

Lider mobil operator Azercell-in qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən “FutureFem 2.0” layihəsi qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişafını hədəfləyir.

Proqram qadın sahibkarlar və tələbə qızlar üçün nəzərdə tutulmuş çoxmərhələli inkişaf platformasıdır. 

Üç ay davam edəcək layihə çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya bacarıqları üzrə praktiki biliklər əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, “FutureFem 2.0” proqramı iştirakçılara yalnız nəzəri biliklər deyil, eyni zamanda ideyalarını inkişaf etdirmək üçün praktiki imkanlar da təqdim edir. Layihənin sonunda seçilmiş iştirakçılar “FutureFem Challenge” çərçivəsində ideyalarını münsiflər heyətinə təqdim edəcək, ən uğurlu komanda isə mentorluq proqramına cəlb olunacaq. 

 Müraciət üçün keçid edin:

https://forms.gle/tYBv4HNepu8AANU78

 Son müraciət tarixi: 05.02.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.