Müzəffər xalqın qalib gəncləri!

"Davam" Gənclər Hərəkatı "Qalib Azərbaycan Xalqı!" adlı esse müsabiqəsinə start verir.

Şərtlər sadədir:

- Esselər Azərbaycan dilində, Word faylında olmalı, Arial - 12 şrifti ilə yazılmalı, faylın ölçü və görünüş cəhətdən səliqəli olmasına diqqət edilməlidir.

- Mövzuya əhatəli şəkildə toxunulmalı, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, göstərdiyimiz birlik və vətənpərvərlik tərənnüm olunmalıdır.

- İştirakçı haqqında lazımi məlumatlar (Ad, soyad, təvəllüd, əlaqə nömrəsi, e-mail ünvanı) Word faylının sonunda tam formada qeyd olunmalıdır.

- Müsabiqədə iştirak etmək üçün yaş həddi 16-29-dur.

- Müsabiqə üzrə esselər "Qalib Azərbaycan Xalqı!" adlı esse müsabiqəsi" başlığı ilə [email protected] e-mail ünvanına göndərilməlidir.

Son müraciət tarixi: 8 oktyabr, 23:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.