Qarabağ Universiteti “Beynəlxalq ticarət və logistika” istiqaməti üzrə müəllim vakansiyası elan edir!
İş öhdəliklərinin təsviri
• Bakalavr səviyyəsində Beynəlxalq ticarət və logistika ilə bağlı fənlərin tədrisi;
• Fənn sillabuslarının, tədris materiallarının və imtahan suallarının hazırlanması;
• Tələbələrin tədris tapşırıqlarına, layihələrinə və imtahanlarına nəzarət;
• Müvafiq fənlər üzrə moderasiya prosesində iştirak
• Fakültə səviyyəsində iclaslarda, proqramların inkişafında və keyfiyyət təminatı fəaliyyətlərində iştirak;
• Elmi-tədqiqat fəaliyyəti, nəşrlər və akademik konfranslarda iştirak;
• Peşəkar əməkdaşlıq təşəbbüslərinə dəstək.
Tələblər
• Beynəlxalq ticarət və logistika və ya əlaqəli sahə üzrə minimun magistr dərəcəsi (Fəlsəfə doktoru elmi dərəcəsi arzuolandır);
• İngilis dilində tədris bacarığı (minimum B2 səviyyəsi);
• Biznesin idarə edilməsi üzrə güclü peşəkar bilik və tədris təcrübəsi;
• Yüksək təşkilatçılıq, ünsiyyət və komanda işi bacarıqları;
• Beynəlxalq təhsil və ya peşəkar təcrübə üstünlükdür;
• Elmi-tədqiqat potensialı və tədqiqat aparmaq bacarığı üstünlükdür.
Müraciət etmək üçün
Tələb olunan sənədlər
• CV;
• Ali təhsil diplomlarının və transkriptlərin surətləri;
• Motivasiya məktubu (maksimum 500 söz);
• Elmi nəşrlərin siyahısı (mövcuddursa).
Əlavə qeydlər
• Elektron məktubun mövzu hissəsində “Beynəlxalq ticarət və logistika” istiqaməti qeyd edilməlidir.
• Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
• Tam ştat əməkdaşlar üçün Xankəndi şəhərində yaşayış yeri təmin ediləcək.
E-poçt: [email protected]