Qarabağ Universiteti – Biznes və İqtisadiyyat fakültəsində vakansiya – Asistent

 

İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs

Qarabağ Universiteti fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də

təhsilalanların yüksəksəviyyəli xarici dil bilik və bacarıqları ilə təmin olunması

məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçün vakansiya elan edir.

 

Vəzifə: Asistent

İşin təsviri:

• Kafedra üzrə daxil olan və göndərilən sənədlərin qeydiyyatı və arxivləşdirilməsi;

• Kafedra iclaslarının protokollarının hazırlanması və təsdiq üçün təqdim edilməsi;

• Təsdiqlənmiş fənn sillabuslarının toplanması, sistemləşdirilməsi və saxlanılması;

• Təsdiqlənmiş imtahan suallarının toplanması və mühafizəsi;

• Midterm və Final imtahanlarında sualların çapı və çoxaldılması prosesində iştirak;

• Kafedra daxili hesabatların və sənədlərin hazırlanmasına dəstək;

• LMS sistemində kafedraya aid dərslərin yerləşdirilməsi və texniki dəstəyi;

• Kafedra müdiri və müəllim heyətinin gündəlik inzibati işlərinin icrasında yardım.

 

Tələblər:

• Müvafiq ixtisas üzrə magistr dərəcəsi (Biznes, Maliyyə, Mühasibat, İqtisadiyyat və ya

əlaqəli sahələr);

• Ən azı 2 il təcrübə (ali təhsil və ya inzibati iş sahəsində) və ya xaricdə bakalavr/magistr

təhsili;

• İngilis dilini minimum B1 səviyyəsində bilmək;

• Microsoft Office proqramlarında işləmək bacarığı;

• Dəqiqlik, məsuliyyət, təşkilatçılıq və komanda işi bacarığı.

 

Tələb olunan sənədlər:

• İngilis dilində CV;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• dil səviyyəsini və dil tədrisini təsdiq edən beynəlxalq sertifikatlar (əgər varsa);

• ingilis dilində Motivasiya məktubu – maksimum 500 söz. (A Letter of

Motivation);

• ingilis dilində Maraq məktubu – maksimum 500 söz. (A Statement of Interest);

• tövsiyə edən şəxslərin əlaqə məlumatları (2 nəfər).

İş qrafiki: Tam ştat vəzifədir.

Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində

işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

 

Qeyd 2: məktubun mövzu hissəsində “Asistent – Biznes və İqtisadiyyat fakültəsi” qeyd olunması vacibdir. Müraciət üçün ətraflı CV (tərcümeyi hal) və qısa məlumat məktubu (cover letter) göndərilməlidir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Müraciət üçün son tarix: 20 dekabr 2025-ci il.

Elektron poçt ünvanı: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.