Qarabağ Universiteti fiziki tərbiyə üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Vəzifə: fiziki tərbiyə üzrə mütəxəssis
İşin təsviri:
- Təhsilalanların yaşlarına uyğun fərdi psixi-fiziki xüsusiyyətlərini və hazırlığını
nəzərə alaraq, praktik məşğələlərin məqsəd və məzmununu müəyyənləşdirmək
və təşkil etmək;
- Müxtəlif idman növləri üzrə yarışlar turnirlər, spartakiadalar təşkil etmək və
dəvət olunan yarışlarda universitet komandalarının iştirakını təmin etmək;
- Məşq keçirilən obyektlərdə sanitariya-gigiyena normalarının gözlənilməsini daim
nəzarətdə saxlamaq;
- Fiziki tərbiyə metodikası, onun sağlamlaşdırıcı funksiyaları və bədbəxt
hadisələrin profilaktikası üzrə təhsilalanlara məsləhətlər vermək, onların
sağlamlığının qorunması üçün tədbirlər görmək, ilk tibbi yardım göstərmək;
Tələblər:
- Müvafiq ixtisas üzrə ali təhsil;
- İdman avadanlıqlarının istismar və təhlükəsizlik qaydalarını bilmək;
- Komanda yaratmaq və idarə etmək bacarığı;
- Təhsilalanlarla effektiv kommunikasiya və motivasiya bacarığı;
- “Microsoft Office” proqramlandan istifadə bacarığı;
- Pedaqoji, hakimlik və məşqçilik təcrübəsi, idman üzrə fəxri adı, sertifikatları
olanlara üstünlük veriləcəkdir.
Lazım olan sənədlər:
- CV;
- ali təhsil haqqında sənədin surəti;
- müşayiətedici məktub (motivasiya – maksimum 500 söz).
Müraciət üçün lazım olan sənədləri [email protected] elektron poçt ünvanına
başlıqda “ Fiziki tərbiyə üzrə mütəxəssis” yazmaqla göndərməyiniz xahiş
olunur. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 10 fevral 2026-cı il