Qarabağ Universiteti vakant olan “Sənədlərlə iş sektorunun müdiri” vəzifəsi üzrə işə qəbul elan edir

 

İşin təsviri:

• Universitetdə kargüzarlıq, elektron sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların

qəbulu, onların müraciətlərinə baxılması sahələrində işləri təşkil etmək və ümumi

rəhbərliyi həyata keçirmək;

• Struktur bölmə vahidlərinin bu sahədəki fəaliyyətinə əməli-metodiki rəhbərliyi həyata keçirmək və səlahiyyətləri daxilində nəzarət etmək;

• Rəhbərlik etdiyi sektorun işinin təkmilləşdirilməsi üçün təkliflər işləyib hazırlamaq, onun tətbiqini təşkil etmək;

• Sektorun fəaliyyət istiqamətlərii üzrə hesabatlar təqdim etmək.

Tələblər:

• Ali təhsil;

• Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sahəsində minimum 3 il, rəhbər

vəzifələrdə minimum 2 il təcrübə (sözügedən təcrübənin ali təhsil müəssisələrində

olması üstünlükdür);

• Elektron sənəd dövriyyəsi işinin təşkili üzrə təcrübə (DMSpro-ESD sistemi üzrə

təcrübənin olması üstünlükdür);

• Yüksək yazılı və şifahi nitq mədəniyyəti;

• Liderlik, idarəetmə, qərar qəbuletmə, problem həlletmə, tədqiqat və analitik təhlil

bacarıqları;

• Rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarığı.

Tələb olunan sənədlər:

• tərcümeyi-hal;

• CV;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• Azərbaycan dilində müşayiətedici məktub (motivasiya, sektorun fəaliyyəti ilə

bağlı baxış – maksimum 500 söz).

Rəqabətə davamlı əmək haqqı təklif olunur.

Qeyd 1: Universitetdə işləyən əməkdaşlar işlədikləri müddətdə Xankəndi şəhərində mənzillə təmin olunur.

Qeyd 2: Müraciət üçün 29 avqust 2025-ci il tarixədək məktubun mövzu hissəsində

“Sənədlərlə iş sektorunun müdiri” yazılmaqla, tələb olunan sənədlər

[email protected] elektron poçt ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.