Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin Klinikası" hüquqşünas vakansiyasına işə qəbul elan edir.

İşəgötürən: Qarabağ Universitetinin tabeliyində "Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxs

Vəzifə: hüquqşünas

İşin təsviri:

• Klinikanın fəaliyyətində hüquqi risklərin minimallaşdırılması  məqsədilə hüquqi rəy və dəstəyin təmin edilməsi, struktur bölmələrlə  qarşılıqlı hüquqi əməkdaşlığın qurulması;

• Müəssisənin hüquq və qanuni mənafelərinin müdafiəsi prinsipinə əsaslanaraq, üçüncü şəxslərlə (dövlət və qeyri-dövlət qurumları,  fiziki və hüquqi şəxslər) münasibətlərin hüquqi tənzimlənməsi,  bununla bağlı rəsmi müraciətlərin hazırlanması, zəruri hallarda görüş

və ezamiyyətlərin həyata keçirilməsi;

• Birbaşa rəhbərliyin tapşırığı əsasında hüquqi şəxsin təsis və digər

sənədlərinin hazırlanması, dəyişikliklərin edilməsi, yeni hüquqi

şəxslərin yaradılması və dövlət qeydiyyatına alınması üzrə hüquqi

prosedurların icrası;

• Klinikada qəbul olunan normativ sənədlərin qüvvədə olan

qanunvericiliyə uyğunluğuna dair hüquqi ekspertiza və rəyin

verilməsi;

• Hüquqi rəy və əsaslandırılmış yazılı təqdimatların hazırlanması;

• Klinikaya məxsus daxili normativ sənədlərin (əmr, təlimat,

əsasnamə, qayda və s.) hüquqi ekspertizasının aparılması və

zərurət olduqda layihələndirilməsində iştirak;

• Müqavilələrin (xüsusilə mülki-hüquqi müqavilələrin) layihələrinin

hazırlanması, qarşı tərəf tərəfindən təqdim olunmuş layihələrin

hüquqi baxımdan təhlili və düzəlişlərlə bağlı təkliflərin hazırlanması;

• İşçi münasibətləri, əmək mübahisələri və digər daxili hüquqi

məsələlərə dair hüquqi rəyin hazırlanması;

• Müəssisənin hüquq-mühafizə orqanlarında təmsil olunması, zəruri

hüquqi tədbirlərin həyata keçirilməsi;

• Qüvvədə olan qanunvericilikdə baş verən dəyişikliklərin monitorinqi

və uyğun hüquqi tədbirlərin planlaşdırılması və həyata keçirilməsi ilə

bağlı təkliflərin verilməsi.

Tələblər:

• Ali hüquq təhsili (bakalavr və ya magistr);

• Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər aidiyyəti

normativ-hüquqi aktlar üzrə dərin biliklərə malik olmaq;

• Hüquq sahəsində, xüsusilə dövlət qurumlarında azı 3 (üç) il peşəkar

iş təcrübəsi;

• Normativ-hüquqi aktlar və müqavilələrlə iş sahəsində təcrübə;

• Hüquqi yazışma və hüquqi nitq bacarıqları;

 

• Sənədlərin tərtibatı, qeydiyyatı və sistemləşdirilməsi üzrə bilik və

bacarıqlar;

• Azərbaycan dilində sərbəst yazı və şifahi nitq bacarığı, ingilis dili

biliyi arzuolunandır;

• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

• Yüksək analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Tələb olunan sənədlər:

• tərcümeyi-hal;

• CV;

• ali təhsili təsdiq edən sənəd və ya sənədlərin surəti.

 

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Müraciət üçün son tarix:30 iyun 2025-cü il

Müraciət üçün qeyd edilən tarixədək lazımi sənədləri [email protected] elektron poçt ünvanına başlıqda “Hüquqşünas” yazmaqla göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.