QARDAŞLIQ MISRALARI: I TÜRKİYƏ–AZƏRBAYCAN ŞEİR OXUMA MÜSABİQƏSİ
Türkiyə ilə Azərbaycan arasındakı qədim və möhkəm qardaşlıq bağlarını şeirin universal dili ilə bir araya gətiririk!
Türkiyə və Azərbaycanın ortaq ədəbi irsini yaşatmaq, gənclərin şeir oxuma və bədii şərh bacarıqlarını inkişaf etdirmək, eləcə də iki ölkə arasındakı mədəni əlaqələri gücləndirmək məqsədilə təşkil olunan “Qardaşlıq misraları: I Türkiyə–Azərbaycan Şeir Oxuma Müsabiqəsi” üçün qeydiyyat başlayır!
Universitet tələbələrini və şeirə marağı olan hər kəsi Yunus Əmrədən Nəsimiyə, Füzulidən Əhməd Cavadadək, Mehmet Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə qədər uzanan möhtəşəm poeziya səyahətinə dəvət edirik!
Müraciət tarixləri: 15–23 oktyabr 2026-cı il
İlkin seçim və finalçıların elan olunması: 26 oktyabr 2026-cı il
Finalçılarla şeirlərin dəqiqləşdirilməsi, diksiya məşğələsi və fərdi məşqlər: 27 oktyabr 2026-cı il
Final və mükafatlandırma mərasimi: 2 noyabr 2026-cı il
Şeirin dili ilə qardaşlığımızı yaşadaq, ortaq ədəbi irsimizi gələcək nəsillərə ötürək!