Vəzifə : “Qaynar xətt operatoru”
Əsas vəzifə öhdəlikləri:
Müştərilərin Qaynar xətt və sosial şəbəkələr üzərindən daxil olan sorğularını cavablandırmaq;
Məhsul və xidmətlər barədə müştərilərə dəqiq məlumat vermək;
Müştəri müraciətlərini operativ şəkildə yönləndirmək və problemlərin həllinə dəstək olmaq;
Daxil olan zənglərin qeydiyyatını aparmaq və hesabat hazırlamaq;
Müştəri məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarını qorumaq.
Tələb olunan bilik və bacarıqlar:
· Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili bilikləri üstünlükdür);
· Düzgün diksiyaya sahib olmaq;
· Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
· Müştəriyönümlü düşüncə və komanda ilə işləmə qabiliyyəti;
· Kompüter bilikləri (MS Office, CRM sistemləri).
Tələb olunan təhsil, iş təcrübəsi:
Ali təhsil;
Müştəri xidmətlərində iş təcrübəsi üstünlük hesab olunur.
Rus dili biliyi üstünlükdür.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qaynar xətt operatoru” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.