Vakansiya: Qəbul şöbəsi üzrə mütəxəssis, Kargüzar
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri – Beynəlxalq Təhsil Mərkəzi
Əmək haqqı: 450 + AZN
Vəzifə öhdəlikləri və tələblər:
Tapşırılan işlərin vaxtında və düzgün yerinə yetirilməsi
Sənədlərlə işləmək
Kompüterlə işləmək bacarığı
Komanda ilə səmərəli işləmək
Xarici ölkələr və yerli universitetlərlə onlayn əlaqələrin qurulması və iş proseslərinin aparılması
Məsuliyyətli və intizamlı olmaq
Səbirli və araşdırma qabiliyyətinə malik olmaq
İş təcrübəsi arzuolunandır (təcrübəsi olmayan namizədlər də müraciət edə bilər)
İngilis dilində danışmaq bacarığı arzuolunandır (dil biliyi olmayan namizədlər də müraciət edə bilər)
Qeyd:
CV göndərməzdən əvvəl vəzifə öhdəlikləri və tələbləri diqqətlə oxumağınız xahiş olunur. CV-də sizə məxsus olmayan məlumatların, eləcə də yalnız CV-nin dolu görünməsi məqsədilə əlavə edilmiş əsassız ifadələrin yer alması tövsiyə edilmir.
Yuxarıda qeyd olunan vəzifə və tələblərin sizə uyğun olduğunu düşünürsünüzsə, CV-də əsasən şəxsi məlumatlarınızı, hazırda yaşadığınız ünvanı, təhsilinizi qeyd etməyiniz kifayətdir.
Uyğun namizədlər [email protected] adresinə cv sini göndərə bilər.