Medco Hospital Group olaraq, Bakı şəhərində yerləşən Oftalmologiya sahəsi üzrə ixtisaslaşan klinikalarımızda Qeydiyyat Şöbəsi üzrə Təcrübəçi vakansiyasına müraciətləri qəbul edirik.
Bu proqram sizə aşağıda göstərilən imkanları təqdim edir:
- Qeydiyyat və pasiyent idarəetməsi sahəsində peşəkar təcrübə;
- Kliniki proseslərin idarə edilməsi;
- Peşəkar həkim və inzibati heyət ilə real iş mühiti;
- Tibbi xidmətlər sahəsində praktiki biliklər;
- Təlim və mentor dəstəyi;
- Uğurlu təcrübədən sonra daimi işlə təmin olunma şansı.
Tələblər:
- Ali və ya Orta ixtisas təhsili;
- Azərbaycan dilində səlis nitq (rus və ingilis dili bilikləri üstünlük hesab olunur);
- Ünsiyyətcil, məsuliyyətlivə pasiyentlərlə düzgün münasibət qura bilən;
- Kompüter və ofis proqramlarında işləmə bacarığı;
- Stresə davamlılıq və komanda ilə işləmə bacarığı;
- Öyrənməyə maraqlı və inkişaf yönümlü.
Tibb sahəsində peşəkar komanda ilə çalışaraq bilik və təcrübə qazanmaq istəyən namizədləri təcrübə proqramına qoşulmağa dəvət edirik.
Maraqlananlar [email protected] e-mail ünvanına “Qeydiyyat Şöbəsi üzrə Təcrübəçi” başlığı ilə CV göndərərək müraciət edə bilər.