Global Management Baku TV üçün "Qeydiyyatçı" vakansiyası elan edir!
Öhdəliklər:
- Ofisə gələn şəxsləri qarşılamaq və yönləndirmək
- Telefon zənglərinə cavab vermək
- Taksi sifarişini həyata keçirmək və müvafiq qaydada hesabatını aparmaq
- Şirkətlə bağlı daxil olan informasiyanı qeydə almaq və vaxtında təyinatı üzrə həmin informasiyanı çatdırılmaq
- İşləri prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları tərtib edərək hazırlamaq
- Daxil və xaric olan informasiyanın konfidensiallığını qorumaq
Tələblər:
- Xanım namizədlər
- Yaş: 25 - 35
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili - əla (vacib), İngilis dili - arzuolunandır
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək
- Komanda ilə işləmək bacarığı, işgüzar münasibət etikası
- Səliqəli xarici görünüş
- Aktiv, məsuliyyətli, stresə davamlı, işində dəqiq, ünsiyyətcil
- Problemləri həll etmə bacarığı
İş şəraiti:
- Karyera yüksəlişi imkanı
- İş qrafiki: 5 günlük iş qrafiki
(növbəli- daxili qrafikə əsasən təyin olunur)
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə göndərə bilərlər.