19 Catering MMC-də "Qida mühəndisi" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Tələblər:
• Qida mühəndisliyi ixtisası üzrə ali təhsil;
• İstehsalat və ya kütləvi iaşə sahəsində minimum 1–3 il iş təcrübəsi (üstünlükdür);
• HACCP və ISO 22000 sistemləri üzrə biliklər;
• Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyəti;
• MS Office proqramlarında sərbəst işləmə bacarığı;
• Komanda ilə işləmək və operativ qərarvermə bacarığ;
Vəzifə öhdəlikləri:
• Mətbəxdə gündəlik təmizlik prosedurlarının və gigiyena qaydalarının icrasına nəzarət, müvafiq yoxlama formalarının izlənilməsi;
• Məhsullar üzrə etiketləmə, istehsal tarixi, son istifadə tarixi və parti nömrələrinin gündəlik yoxlanılması;
• İki vardiya üzrə çalışan mətbəx personalının gigiyena, intizam və proseslərə uyğunluq baxımından nəzarətdə saxlanılması;
• Hazırlıq, bişirmə, soyutma, paketləmə və digər istehsal mərhələlərinin standartlara uyğun icrasının yoxlanılması;
• Məhsulların uyğun temperatur şəraitində və düzgün saxlama sahələrində mühafizə olunmasının təmin edilməsi;
• Stok məhsulların SKT nəzarəti və FIFO / FEFO prinsiplərinə uyğun saxlanmasının təmin olunması;
• MAP (Modifiye Atmosfer Paketləmə) ilə bağlanan məhsullarda qaz dolumu, sızdırmazlıq və etiketləmə yoxlamalarının aparılması;
• Məhsulların uyğun soyuducu anbarlarda (ət, toyuq, tərəvəz, quru anbar və s.) düzgün temperaturda saxlanılmasının yoxlanılması;
• Satın alınan məhsulların qəbul mərhələsində keyfiyyət və qida təhlükəsizliyi baxımından yoxlanılması
• Personalın qida təhlükəsizliyi, gigiyena və şəxsi təmizlik mövzularında maarifləndirilməsi və təlimlərin təşkili
• Daxili və rəsmi yoxlamalar öncəsi sənədləşmə prosesinə dəstək göstərilməsi
Sizə təklif edirik:
• Rəqabətqabiliyyətli əmək haqqı;
• Rəsmi əmək müqaviləsi və sosial təminatlar;
• Peşəkar inkişaf imkanları və təlim proqramları;
İş yeri: Bakı şəhəri
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
CV göndərmək üçün: [email protected]
Mövzu hissəsində: “Qida mühəndisi”