ƏZİZ DOSTLAR VƏ GƏNCLƏR!

 

Hər ay aktivlik və könüllülük üzrə əhəmiyyətli tədbirlərdə iştirak etmək, sertifikat, yeni bilik, bacarıq və real təcrübə qazanmaq istəyirsiniz? 

 

 Qida Təhlükəsizliyi Hərəkatına könüllü və üzv gənclər dəvət olunur!

 

Aşağıdakı xüsusiyyətlərə sahib namizədlərə üstünlük verilir:

 Məsuliyyətli, nizamlı və operativ

 Komanda ilə işləməyi bacaran

 Çalışqan və təşəbbüskar

 Qida təhlükəsizliyi və sağlam qidalanma sahəsində təhsil alan, çalışan və ya marağı olan

 Könüllülük təcrübəsi olan namizədlərə üstünlük verilir.

 

 Müraciət üçün CV-nizi və şəxsiyyət vəsiqəsinin şəklini:

[email protected] ünvanına göndərin.

 

 Qida Təhlükəsizliyi Hərəkatı 2016-cı ildə Sağlam Qidalanma üzrə ekspert-mütəxəssis Məhsəti Hüseynova və “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev tərəfindən təsis olunub.

 Hərəkat Bakı və Azərbaycanın bölgələrində, eləcə də Türkiyədə fəaliyyət göstərir və qida təhlükəsizliyinin təbliği, maarifləndirmə və gənclərin bu istiqamətdə fəal iştirakına dəstək verir.

 

 Bu illər ərzində:

• Respublika və regional könüllü forumları

• Məktəb və universitetlərdə minlərlə görüş və təlim

• “Qida təhlükəsizliyi” WhatsApp qaynar xətti

• E-kod qida qatqı maddələri mobil tətbiqi və digər layihələr həyata keçirilib.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.