“QIŞ NAĞILI” adlı yaradıcılıq sərgisinə qış səhnələrindən ibarət əsərlərin qəbulu elan olunur
Böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyinini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi ilə TƏBİƏTLƏ TƏMASDA OL , ƏSRARƏNGİZLİYİ TƏSVİR ET! şüarı altında “QIŞ NAĞILI” adlı yaradıcılıq sərgisinə qış səhnələrindən ibarət əsərlərin qəbulu elan olunur
Təşkilatçılar: Azərbaycan Rəssamlar İttifaqı,
Azərbaycan Dövlət Rəsm Qalereyası,
Xətai Uşaq Sənəti Qalereyası
Xətai Sənət Mərkəzi
Dəstəkçilər: Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-i
Xətai rayon İcra Hakimiyyəti
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi
Tövsiyyə olunan mövzular:
Qış gecələri səhnələri
Qış təbiəti Qarın yaratdığı əhval-ruhiyyə
Qarlı səhnələr
Əhatəmdəki qış mənzərəsi
Təbiətin qış yuxusu
Xəyallarımdakı qış səhnəsi
Əsər qəbulu üçün son tarix: 20 fevral 2026-ci il
Əsərlərin qəbul ünvanı: [email protected]
İştirakçı anketi: 1 Əsərin fotosu: 2. Əsərin adı: ----------
4. Təvəllüd:------------ 3. Ölçü və texnika-----
5.Əlaqə ---------------- 6.Soyad, adı:----------
7. Məktəb..............
Ölçü: 30x40 sm qədər
Yaş həddi: 8-21 yaş arası
Seçilən 100 əsər sərgilənəcək.
Sərgidə iştirak ödənişsizdir.
Sərgidən seçilən 30 əsər Xətai Uşaq Sənəti
Qalereyasında 3 həftə boyu sərgilənəcək.
Ölkəmizin təbiətini əks etdirən, duyğu və düşüncə məhsulu olan əsərlər görmək istərdik!
Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.
Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp