Qlobal İT karyerasına gedən yolunuz buradan başlayır!
Agentliyimiz və qlobal texnologiya lideri "EPAM" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən, Azərbaycanda gələcəyin süni intellekt və İT mütəxəssislərinin yetişdirilməsinə yönəlmiş 5 aylıq “Karyera Mükəmməlliyi Proqramı”na müraciətlər açıq elan edilir.
Proqram “İşə götür və öyrət” (Hire & Train) konsepti əsasında həyata keçirilir. Bu yanaşma çərçivəsində iştirakçılar yalnız nəzəri biliklər əldə etməyəcək, eyni zamanda real iş mühitində, gündəlik iş prosesinin bir hissəsi kimi praktiki təcrübə qazanacaqlar.
Əgər İKT sahəsində 1 ildən çox təcrübəniz varsa və karyeranızı beynəlxalq mütəxəssislərin dəstəyi ilə gücləndirmək istəyirsinizsə, bu fürsət sizin üçündür.
İştirakçılar "EPAM" komandasının bir hissəsi kimi real layihələr üzərində çalışacaq, sənaye ekspertlərinin dəstəyi ilə peşəkar bacarıqlarını inkişaf etdirəcək və qlobal İT karyerasına inteqrasiya üçün unikal təcrübə əldə edəcəklər.
Müraciət üçün son tarix: 31 mart 2026
Proqrama aşağıdakı ixtisaslar üzrə qeydiyyat açıqdır:
• Süni intellekt alətləri ilə JavaScript proqram mühəndisliyi
• Süni intellekt alətləri ilə Java proqram mühəndisliyi
• Data üzrə proqram mühəndisliyi
• Süni intellekt alətləri ilə proqram təminatının testi mühəndisliyi
• Süni intellekt alətləri ilə JavaScript əsasında test avtomatlaşdırılması
• Süni intellekt alətləri ilə mobil tətbiq inkişafı (iOS)
• Süni intellekt alətləri ilə mobil tətbiq inkişafı (Android)
• Süni intellekt alətləri ilə Python proqram mühəndisliyi
• Süni intellekt əsaslı biznes analizi
Kimlər müraciət edə bilər?
İT sahəsində 1 ildən artıq iş təcrübəsi olanlar
Minimum B1 səviyyəsində ingilis dili biliyi olanlar
Tam ştat olmaqla distant və ya Bakı şəhərində ofisdə işləmək imkanı olanlar
Qeyd:
Agentliyimizin hazırda davam edən və ya son üç ay ərzində təşkil edilmiş proqramlarında iştirak etmiş şəxslər bu proqrama müraciət etmək üçün uyğun hesab olunmur.
Nəzərinizə çatdıraq ki, ixtisaslar üzrə yerlər məhduddur. Əgər seçdiyiniz istiqamət müraciət linkində görünmürsə, bu o deməkdir ki, həmin istiqamət üzrə yerlər artıq dolub. Vakansiyalar səhifəsi mütəmadi yenilənir və boş yerlər yarandıqda müraciətlər yenidən açılır.
Qlobal layihələrdə real təcrübə qazanmaq və karyeranızda sıçrayış etmək üçün elə indi müraciət edin!
Qeydiyyat üçün link: