Qrafik Dizayn-Ödənişsiz Təcrübə Proqramı

 

Dizayna marağınız var və dinamik, beynəlxalq mühitdə təcrübə qazanmaq istəyirsiniz? AEGEE-Bakı, Avropa Tələbələr Forumunun Azərbaycandakı nümayəndəçiliyi Qrafik Dizayner Təcrübəçisi axtarır!

 

Müddət: 3 ay 

Tipi: *Ödənişsiz*

Yer: Remote

 

Təcrübə haqqında:

Bu təcrübə proqramı, qrafik dizayn sahəsində praktik təcrübə qazanmağı təmin edir. AEGEE-Bakı üçün müxtəlif tədbirlər, sosial media və promosyon materialları hazırlamaq üçün vizual məzmun yaratmaqda iştirak edəcəksiniz.

 

Tələb olunan bacarıqlar:

- Qrafik dizayn proqramlarında (Adobe Photoshop, Illustrator və s.) əsas biliklər

- Dizayna olan yaradıcı yanaşma

- Diqqətcil olmaq

- Müstəqil və komandada işləmə bacarığı

- Dizayn bacarıqlarını öyrənmək və inkişaf etdirmək istəyi

- Canva və ya bənzər vasitələrlə təcrübə əlavə üstünlükdür

 

Sizə nə fayda verəcək:

- Təcrübə proqramını başa vurduqdan sonra sertifikat

- AEGEE-Bakı-dan referans məktubu

- Multikultural mühitdə işləmək təcrübəsi

 

Əgər yaradıcı komandanın bir hissəsi olmaq və təsir yaratmaq istəyirsinizsə, CV-nizi və portfolionuzu [email protected] ünvanına göndərin.

 

Müraciət üçün son tarix: 10.12.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.