Qrafik Dizayner Axtarılır!
Biz, Güvən Nəşrləri, uzun illərin təcrübəsinə malik, təhsil sahəsində nəşrlər və kreativ layihələr hazırlayan nəşriyyat şirkəti – komandamıza yeni qrafik dizayner axtarırıq!
İş barədə
• Təhsil nəşrlərinin (kitab, test topluları, iş dəftərləri) dizaynı və üslublaşdırılması;
• Sosial media üçün kreativ vizuallar, bannerlər, posterlər və reklam materiallarının hazırlanması;
• Brendin vizual tələbinə uyğun üslub yaratmaq və inkişaf etdirmək;
• AI alətləri (Midjourney, DALL·E, digər generativ dizayn vasitələri) ilə işləyərək müasir və unikal dizaynlar yaratmaq.
Səndən gözləntilərimiz
• Qrafik dizayn sahəsində təcrübə;
• Cartoon və ya 3D üslubunda illüstrasiya bacarığı;
• Adobe Photoshop, Illustrator, InDesign, Figma və ya oxşar proqramlarla peşəkar işləmək;
• Kreativlik – sadəcə dizayn yox peşəkar yanaşma, dizayn trendlərini izləmə, detallara diqqət!
• Portfolioda vizual işlərin, xüsusilə, kitab qapaqları (cover), obraz dizaynları, sosial media postların olması!
• Təhsil və nəşriyyat sahəsində təcrübəyə üstünlük verilir.
Biz təklif edirik
• Yaradıcı və dinamik iş mühiti;
• Böyük layihələrdə öz izini qoymaq imkanı;
• Stabil iş yükü və inkişaf perspektivi;
Bizimlə işləsən…
• Üsluba uyğun unikal obrazlar canlandıracaqsan;
• Yüzlərlə kitab dizaynı, test toplusu və interaktiv vizual sənin imzanı daşıyacaq;
• Yaradıcı bir komandanın üzvü olacaqsan!
Necə müraciət etməli?
Portfolionuzu və qısa məlumatınızı [email protected] ünvanına göndərin.
Mövzu hissəsinə: “Qrafik Dizayner” yazmağınız kifayətdir.