IDTECH Academy komandası genişlənir!

Qrafik Dizayner axtarırıq.

IDTECH Academy olaraq kreativ və dinamik komandamıza Qrafik Dizayner vəzifəsi üzrə yeni əməkdaş axtarırıq.

 

 Vəzifə öhdəlikləri:

 • Şirkətin brend kimliyinə uyğun vizual materialların hazırlanması

 • Sosial media üçün dizaynların hazırlanması (post, story, banner və s.)

 • Marketinq və reklam materiallarının dizayn edilməsi

 • Mövcud dizaynların yenilənməsi və təkmilləşdirilməsi

 • Komanda ilə sıx əməkdaşlıq edərək tapşırıqların vaxtında və keyfiyyətli icrası

 Tələblər:

 • Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi

 • Adobe Photoshop və Illustrator proqramlarında sərbəst işləmə bacarığı

 • Kreativ düşüncə və yüksək estetik zövq

 • Komandada işləmə bacarığı və operativlik

 • Canva biliyi üstünlükdür

 Qeyd:

Namizədlərdən xahiş olunur ki, gördükləri işlərdən portfolio və ya linkləri CV ilə birlikdə göndərsinlər.

 Müraciət:

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.