Komandamıza bizimlə birlikdə möhtəşəm layihələrə imza atacaq təcrübəli (mid/senior) dizayner axtarırıq.
Tələblər:
· Dizayner kimi 4-5 illik agentlik təcrübəsi;
· Dizayn proqramlarını (Photoshop, Illustrator, Figma və s.) mükəmməl bilməli, Sİ alətlərindən vizual konseptlərdə effektiv istifadə etmək bacarığı;
· Vizual trendləri və qlobal dizayn standartlarını yaxından izləməli;
· Konseptual düşüncə və vizual kommunikasiyanın təməl prinsiplərinə dərindən bələd olmalı;
· “Out of box” vizual təfəkkürə malik olmalı və portfoliosunda bu cür konseptual işlərin mövcudluğu;
· Böyük brendlər və qlobal markalar ilə işləmək, onların vizual dilini (brandbook/guideline) qorumaq məsuliyyətini anlamalı.
Vəzifə öhdəlikləri:
· Yerli və qlobal markalar üçün kreativ vizual konseptlərin hazırlanması;
· Bütün kommunikasiya məcraları üçün (ATL, Digital, SM, Outdoor, BTL) vizual həllərin yaradılması;
· Sosial media və rəqəmsal kampaniyalar üçün vizual istiqamətin müəyyən edilməsi, icrası və dizaynerlərə istiqamətin verilməsi;
· Rəqəmsal və inteqrasiya olunmuş kampaniyalar üçün kreativ vizual ideyaların verilməsi;
· Konseptlərin təqdimat halına salınması və müştərilərə ideyaların vizual olaraq çatdırılması.
Vəd edirik:
· Qlobal markalar ilə iş təcrübəsi;
· Təcrübə və bacarıq ilə uzlaşan, bazar rəqabətli əməkhaqqı;
· Geyimdən fikirlərə qədər sərbəstliyin olduğu mühit;
· Şəhərin mərkəzində maraqlı işlərə ilhamlandıran ofis.
Əgər axtardığımız dizaynerin sən olduğunu düşünürsənsə, portfolio və CV-ni “Dizayner” başlığı ilə [email protected] ünvanına göndər.
Portfoliosuz CV-lərə baxılmır.

