Komandamıza yaradıcı düşüncəyə, estetik zövqə və detallara diqqətə sahib Qrafik Dizayner axtarırıq.
Əsas vəzifələr:
• Sosial media, reklam və çap üçün müxtəlif dizayn materiallarının hazırlanması;
• Poster, banner, kataloq, broşür, POS materialları və digər reklam məhsullarının dizaynı;
• Məhsul qablaşdırması və etiket dizaynlarının hazırlanması;
• Brendbook və korporativ vizual kimliyə uyğun dizaynların hazırlanması;
• Mövcud dizaynların müxtəlif format və ölçülərə adaptasiyası;
• Çapa göndəriləcək faylların texniki tələblərə uyğun hazırlanması.
Namizədə tələblər:
• Qrafik dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
• Adobe Illustrator və Photoshop proqramlarında yaxşı səviyyədə işləmək;
• Adobe InDesign, CorelDRAW, Figma və Canva bilmək üstünlükdür;
• CMYK, RGB və digər rəng/çap terminlərinə hakim olmaq;
• Brendinq və vizual kommunikasiya prinsiplərini anlamaq;
• Brand guideline və korporativ vizual kimliklə işləmək bacarığı;
• Detallara yüksək diqqət;
• Sürətli işləmək və qısa deadline-lara riayət etmək bacarığı.
İş qrafiki: 5 günlük iş rejimi
İş saatı: 09:00 – 18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək.
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.