"Barattson" Marketinq komandasına “Qrafik Dizayner” vəzifəsi üzrə vakansiya elan edir.

 

Marketinq komandamıza qoşulmağa hazırsınız?  Əgər yaradıcı düşüncəyə və peşəkar bacarıqlara sahibsinizsə, sizin üçün əla fürsətimiz var. 

 

İşin təsviri:

- Sizdən digər komandalarla əməkdaşlıq etməyiniz və onların ideya və tələblərini müxtəlif dizayn layihələrinə çevirməyiniz tələb olunacaq;

- Reklam bannerlərinin, veb səhifələrin, şirkət loqolarının, brendinq materiallarının və digər tələblərin dizaynında peşəkar təcrübəyə sahib olmalısınız.

 

Əsas tələblər:

- Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign), Motion proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;

- Vizualları peşəkar və effektiv şəkildə hazırlamaq üçün yaradıclıq bacarığı;

- Əla ünsiyyət və kommunikasiya bacarıqları;

- Vaxtı səmərəli idarə etmək və müstəqil işləmək bacarığı;

- Animasiya və veb-dizayn üzrə biliklər üstünlükdür;

- Süni İntellekt alətləri ilə işləmə bacarığı üstünlükdür.

 

Şəxsi keyfiyyətlər:

- Kreativ, yaradıcı (fərqli üslubla işləmək)

- Çevik işləmək bacarığı

- Komandada işləmək bacarığı

 

Təklif etdiyimiz:

- Biz sizə yaradıcı iş prosesinin bir parçası olmaq, dəyərli təcrübə qazanmaq və özünüzü inkişaf etdirmək imkanı təqdim edirik. Həmçinin yüksək keyfiyyətli iş mühiti kimi üstünlüklərdən yararlana biləcəksiniz.

 

İş qrafiki: 5 iş günü 

Əməkhaqqı: Razılaşma yolu ilə

 Namizədlərdən CV formalarını və portfellərini [email protected] email ünvanına, mövzu hissəsində mütləq vəzifənin adı “Qrafik Dizayner” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

 CV-nin son göndərilmə tarixi: 28 fevral 2026-cı il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.