“Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2022-2023-cü tədris ili üçün aşağıda qeyd edilən bölgələrdə yaşayan və tələb edilən bacarıqlara sahib “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulunu elan edir.

Bölgələr:

• Abşeron r., Qobu 1 № - li tam orta məktəb;

• Lənkəran ş., Virəvul 2 saylı tam orta məktəb;

• Yardımlı r., A.B. Nəcəfov adına Arus kənd tam orta məktəb;

• İmişli r., Məzrəli kənd tam orta məktəb;

• Ağcabədi r., Qaradolaq kənd H.Məmmədov adına 1 saylı tam orta məktəb;

• Suraxanı r., 97 saylı məktəb;

• Göyçay r., Ləkçıplaq kənd 1 saylı tam orta məktəb;

• Masallı r., 4 saylı Digah tam orta məktəb;

• Mingəçevir ş., Rəşad Mirabov adına 7 nömrəli tam orta məktəb;

• Neftçala r., R.Gözəlov adına Xıllı 1 saylı tam orta məktəb;

• Tərtər ş., R.Nuriyev adına 6 saylı tam orta məktəb;

• Qaradağ r., 321 saylı məktəb.

Tələblər:

• Ali təhsil;

• Cinsi - kişi/qadın;

• Minimum iki il iş təcrübəsi;

• Azərbaycan dilində səlis danışıq qabiliyyəti;

• Ofis proqramları və sosial şəbəkələrdə işləmə bacarığı;

• Layihə idarə olunmasında təcrübə;

• Ünsiyyət bacarığı;

• Kollektiv ilə işləmə bacarığı.

Öhdəliklər:

• Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması;

• Sinif kollektivi ilə sistemli işin təşkili;

• Layihə dərslərini keçən müəllimlərin işinin əlaqələndirilməsi;

• Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək;

• Əsas səriştələr üzrə tədrisin keçirilməsi;

• Təhsilin icrasının təşkil edilməsi;

• Məzunların ixtisaslarına uyğun əmək bazarına yönləndirilməsi;

• Hesablatların hazırlanması;

• Layihə əməkdaşlarının layihə çərçivəsində tapşırdığı işlərin vaxtında və tam icra edilməsi.

İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq işə müraciət anketini doldurmaq lazımdır - https://forms.gle/16b7K98D5yVVMA8YA

Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibələrdən keçərək işə qəbul edilmiş şəxslər 2022-ci il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqlar.

Müraciət üçün son tarix: 31.07.2022

_____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK:Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.