React Native üzrə Təcrübəçi vakansiyası
Arxitech Solutions komandası böyüyür!
Rəqəmsal məhsullar, mobil tətbiqlər və tikinti sektorunda xüsusi proqram təminatı həlləri üzərində çalışan komanda olaraq, real problemləri texnologiya ilə həll etməyə fokuslanırıq. Davamlı inkişaf və öyrənmə mədəniyyəti bizim üçün əsas dəyərlərdəndir.
Hazırda açıq vakansiyamız var:
React Native üzrə Təcrübəçi
Əgər mobil tətbiqlərin necə yaradıldığını öyrənmək, React Native ilə real layihələrdə iştirak etmək və praktiki təcrübə qazanmaq istəyirsənsə, bu fürsət sənin üçündür.
Biz axtarırıq:
JavaScript əsaslarını bilən,
React Native ilə tanış olan,
Mobil tətbiq inkişafına maraq göstərən,
Öyrənməyə açıq və məsuliyyətli komanda üzvü.
Bu təcrübə proqramı çərçivəsində sən mobil tətbiqlərin hazırlanmasında iştirak edəcək, komanda ilə işləməyi və müasir development proseslərini yaxından öyrənəcəksən.
Təklif edirik:
Mobil tətbiq inkişafı üzrə praktiki təcrübə,
Mentorluq və texniki dəstək,
Real layihələr üzərində işləmək imkanı,
Təcrübə proqramının sonunda sertifikat və tövsiyə məktubu.
İş formatı: On-site və ya Hybrid
Müraciət üçün: CV-nizi [email protected] ünvanına göndərin.
Mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd edin.
Arxitech Solutions — bu günün proseslərini sabahın texnologiyası ilə yenidən dizayn edirik.