EGA Consulting Company komandamıza Reception vəzifəsi üzrə yeni əməkdaş axtarır!

 

 İş yeri: Yeni Həyat Plaza, Zərifə Əliyeva 55

 

 Vəzifə öhdəlikləri:

Daxil olan sənədlərin və müraciətlərin qeydiyyatının aparılması və sistemləşdirilməsi

Gələn zənglərin, məktubların və sorğuların yönləndirilməsi

Ofis işlərinin gündəlik təşkili və sənəd dövriyyəsinin idarə olunması

Ofisin inzibati və texniki ehtiyaclarının təmin edilməsi

Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi

Qonaqların qarşılanması və məlumatlandırılması

 

 Namizədə tələblər:

Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

Təşkilatçılıq və vaxtın səmərəli idarə olunması bacarığı

Komanda ilə işləmək və müştəri ilə nəzakətli ünsiyyət qurmaq bacarığı

Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı

Sənədlərin düzgün və səliqəli tərtib olunması bacarığı

 

 Şərtlər:

İş rejimi: Həftə içi, 09:00–18:00

Əmək haqqı: Minimum əmək haqqı məbləğində

 

 Müraciət:

CV-lərinizi mövzu hissəsində “Reception” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.