Recruiter (İşə qəbul mütəxəssisi) vakansiyası

 

 İşiniz nədən ibarətdir?

  • Müştəri şirkətlərin tələblərinə uyğun olaraq vakansiyaların təhlili və düzgün namizəd profillərinin hazırlanması;
  • Müxtəlif platformalarda (LinkedIn, iş elan saytları, sosial şəbəkələr və s.) iş elanlarının yerləşdirilməsi;
  • CV-lərin ilkin seçiminin aparılması, müsahibələrin təşkili və namizədlərin qiymətləndirilməsi;
  • Namizədlərin bacarıq və təcrübələrinin müştəri şirkətin tələblərinə uyğunluğunun yoxlanılması;
  • İşə qəbul prosesi zamanı müştəri şirkətlərlə mütəmadi əlaqədə qalmaq və onlara uyğun əməkdaş təmin etmək;
  • Namizədlərin yerləşdirilməsi ilə bağlı bütün sənədləşmə və koordinasiya işlərinin həyata keçirilməsi;
  • İşçi yerləşdirildikdən sonra müştəri şirkətdən rəy almaq və xidmət keyfiyyətinə nəzarət etmək;
  • Müştəri şirkətlərə işçi təminatı ilə bağlı konsaltinq dəstəyi göstərmək.

 

 Sizdən nə tələb olunur?

  • Ali təhsil (İnsan Resursları, Biznesin idarə edilməsi və ya əlaqədar sahələr üstünlükdür);
  • Ən azı 5 il işə qəbul sahəsində təcrübə (xüsusilə agentlik təcrübə üstünlükdür);
  • Müxtəlif sahələr üzrə vakansiyalarla işləmə və uyğun namizəd seçmə bacarığı;
  • LinkedIn Recruiter, iş elan saytları və digər axtarış alətlərindən istifadə bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarığı, müştəri və namizədlərlə effektiv əlaqə qurmaq bacarığı;
  • Analitik düşüncə və operativ qərarvermə bacarığı;
  • Yüksək məsuliyyətlilik və nəticəyönümlülük;
  • Satış və ünsiyyət bacarığı.

 

 İş şərtləri:

  • Əmək haqqı: 1000 –1500 AZN (net maaş + faiz);
  • Şirkət tərəfindən nahar verilir;
  • İş qrafiki: Tam iş günü;
  • İş saatları: 09:00-18:00;
  • Azərbaycan Respublikası ƏM uyğun işə qəbul.

Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən, mövzu yerində Recruiter (İşə qəbul mütəxəssisi)  qeyd edin. Vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.