Bakı şəhərində yerləşən müəssisə üçün "Referent" vakansiyası çərçivəsində yeni əməkdaş axtarılır. 

 

Vəzifə:  Referent

Tələblər:

· Ali təhsil (Sosial Elmlər, Filologiya, Biznesin idarə edilməsi və s).

· Müvafiq sahə üzrə (Referent və ya İnzibati assistent) minimum 1-2 il iş təcrübəsi

· Dil bilikləri: Azərbaycan dili (mükəmməl yazılı və şifahi); Rus dili (orta səviyyədə);İngilis dili (işgüzar səviyyədə olması üstünlükdür).

· MS Office proqramlarında peşəkar işləmə bacarığı.

· İşgüzar etika və rəsmi yazışma qaydalarını dərindən bilmək.

· Yüksək təşkilatçılıq və zamanı idarəetmə bacarığı;

· Analitik düşünmə və operativ qərar vermə;

 

Vəzifə Öhdəlikləri:

· Gündəlik iş planının (görüşlər, zənglər, tədbirlər) tərtib edilməsi və koordinasiyası.

· Rəhbərliyə gələn telefon zənglərinin cavablandırılması, elektron məktubların çeşidlənməsi və müvafiq qaydada yönləndirilməsi.

· Daxili və xarici sənədləşmənin aparılması, məktubların və hesabatların hazırlanması.

· İşgüzar görüşlərin, iclasların və konfransların təşkili (protokolların yazılması, qonaqların qarşılanması).

· Rəhbərlik tərəfindən struktur bölmələrinə verilən tapşırıqların icra vəziyyətinin izlənilməsi və hesabat verilməsi.

· Şirkət daxili məlumatların və rəhbərliyə aid məxfi informasiyaların tam təhlükəsizliyini təmin etmək.

 

İş qrafiki: 5 günlük 

İş yeri: Bakı 

 

Müraciət:

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Referent” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.