Remote Career Services Specialist – Junior

 

Haqqımızda

By Isa Zeynal Avropa və Amerika Birləşmiş Ştatlarında qlobal şirkətlərdə insanların daha yaxşı iş imkanları əldə etməsinə və karyeralarında növbəti mərhələyə keçməsinə kömək edən beynəlxalq karyera konsultasiyası şirkətidir.

Biz müştərilərimizə karyera strategiyasının müəyyənləşdirilməsi, peşəkar istiqamətləndirmə, CV və LinkedIn hazırlanması, iş axtarışı və müraciət prosesi, həmçinin müsahibə hazırlığında üzrə əvvəldən sona qədər dəstək göstəririk.

Hazırda fərqli ölkələrdən olan müştərilərlə çalışan və beynəlxalq bazarda fəaliyyətini genişləndirən komandamız sürətlə böyüyür. Məqsədimiz yüksək keyfiyyətli karyera xidmətlərini sistemləşdirərək daha çox insana çatdırmaq və qlobal karyera brendi yaratmaqdır.

İş haqqında

By Isa Zeynal olaraq komandamıza Remote Career Services Specialist – Junior axtarırıq.

Bu rolda müştərilərimizin karyera və iş axtarışı prosesində onlara təqdim etdiyimiz xidmətlərin icrasında iştirak edəcək, müştəri materiallarının hazırlanması və career service proseslərinin effektiv şəkildə həyata keçirilməsinə dəstək olacaqsan.

Əsas vəzifələr

Müxtəlif karyera xidmətləri üçün materiallar hazırlamaq və yeniləmək

Müştərilərin təqdim etdiyi məlumatları analiz edərək onları effektiv və professional şəkildə strukturlaşdırmaq

Müştərilərin iş axtarışı prosesində lazımi dəstəyi göstərmək

Uyğun karyera imkanlarını və vakansiyaları araşdırmaq

Müştərilərin müraciət və digər karyera xidmətləri proseslərinin icrasında iştirak etmək

Müştəri məlumatlarını və prosesləri müvafiq sistemlərdə düzgün şəkildə idarə etmək

Müştərilərlə professional və effektiv kommunikasiya qurmaq

Komanda daxilində digər üzvlərlə koordinasiyalı işləmək

Mövcud proseslərə riayət etmək və onların təkmilləşdirilməsinə dəstək olmaq

Vəzifə ilə əlaqəli digər öhdəlikləri yerinə yetirmək

 

Namizədə tələblər

Güclü yazılı və şifahi ingilis dili baxarıqları

Yüksək səviyyədə diqqət və detallara yanaşma

Güclü araşdırma və analitik bacarıqlar

Yüksək məsuliyyət və deadline-lara riayət

Eyni anda bir neçə task üzərində işləyə bilmək

Sürətli öyrənmə və yeni proseslərə adaptasiya bacarığı

Professional və nəticəyönümlü yanaşma

Üstünlükdür

HR, Recruitment, Career Services və ya oxşar sahədə təcrübə

CV və LinkedIn ilə işləmə təcrübəsi

Remote iş təcrübəsi

Biz nə təklif edirik?

Bakı vaxtı ilə 9:00-18:00 aralığında 100% Remote iş imkanı

Beynəlxalq müştərilərlə işləmək

Career Services sahəsində praktiki təcrübə

Təlim və inkişaf imkanları

Sürətlə böyüyən beynəlxalq career coaching biznesinin bir hissəsi olmaq

Gələcəkdə daha yüksək məsuliyyətli rollara inkişaf imkanları

 

Müraciət üçün [email protected] ünvanına CV və Motivasiya* məktubunuzu göndərə bilərsiniz. Yalnız uyğun görülən kandidatlarla əlaqə saxlanılacaq.

 

*Motivasiya məktubu sizi daha yaxşı tanımağımız üçün imkandır və Motivasiya məktubu olmayan müraciətləri nəzərə almağımız mümkün olmur. 

Biz günlük proseslərdə Süni İntellekti aktiv tətbiq edən komandayıq amma təmamilə Süni İntellekt tərəfindən hazırlanmış Motivasiya məktublarının effektiv olmadığına inanırıq. Müraciətlərə Motivasiya məktubu hazırlanmasını təmamilə Sİ buraxmamağı və özlərinin hazırlamasını tövsiyə edirik.

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.