Texnologiya dəyişir, dünya yenilənir, gənclər isə bu dəyişimin mərkəzindədir!

 

 Binəqədi Gənclər Evi olaraq biz də bu dəyişimin bir parçası olmaq istəyən gəncləri “Rəqəmsal Gənclik” layihəsinə dəvət edirik! 

 

Bu layihə gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirməklə yanaşı, şəxsi və psixoloji inkişafına da dəstək olacaq.

 

Layihə çərçivəsində iştirakçılar aşağıdakı istiqamətlərdə təlimlərdə iştirak edəcəklər 

 

 Rəqəmsal marketinq – sosial media idarəçiliyi, kontent planlama, reklam və brendləşmə

 Ofis proqramları – Excel, Word, PowerPoint üzrə praktiki bacarıqlar

 HR və karyera bacarıqları – CV hazırlanması, müsahibəyə hazırlıq, iş mühitində ünsiyyət

 IT və texnologiya əsasları – müasir texnologiyalar, innovativ düşüncə və rəqəmsal gələcəyə baxış

 Bununla yanaşı, iştirakçılar şəxsi inkişaf təlimləri ilə də öz potensiallarını kəşf edəcəklər.

 

 Təlim günləri: Bazar ertəsi, Çərşənbə və Cümə (1-ci, 3-cü, 5-ci günlər)

 Saat: 14:30 – 17:00

 Məkan: Binəqədi Gənclər Evi

 İştirak: Tam ödənişsizdir

 Yaş aralığı: 18 – 25 yaş

 Layihə müddəti: 1 ay

Uğurla tamamlayanlara sertifikat təqdim olunacaq.

 

 Qeydiyyat linki: LİNK

 Qeydiyyat üçün son tarix: 14 oktyabr, 18:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.