Rəqəmsal Marketinq üzrə mütəxəssis vakansiyası

 

Tələblər

  1. Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Rəqəmsal marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
  2. Bank sektorunda və Rəqəmsal marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
  3. Meta Ads, Google Ads, GA4, Google Tag Manager, SEO, CRM sistemləri və sosial media platformaları üzrə praktiki biliklər;
  4. MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
  5. Analitik düşünmə, layihələrin idarə edilməsi və büdcənin planlaşdırılması bacarığı;
  6. Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri

  1. Meta Ads, Google Ads, TikTok Ads, YouTube Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək, optimallaşdırmaq və nəticələrini təhlil etmək;
  2. Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanmasında iştirak etmək, sosial media, performans marketinqi, SEO və CRM fəaliyyətlərini brend strategiyası ilə uyğunlaşdırmaq;
  3. Veb-sayt, açılış səhifələri (landing page) və SEO fəaliyyətlərini koordinasiya etmək, məzmunun aktuallığını, istifadəçi təcrübəsini və axtarış sistemlərinə uyğunluğunu təmin etmək;
  4. CRM proqramları ilə inteqrasiya olunmuş rəqəmsal kampaniyaların hazırlanmasına, remarketinq auditoriyalarının yaradılmasına və müştəri kommunikasiya proseslərinə dəstək vermək;
  5. GA4, Google Tag Manager, Pixel, UTM və digər analitika alətlərindən istifadə etməklə kampaniyaların effektivliyini ölçmək, KPI-ları izləmək və optimallaşdırma təklifləri hazırlamaq;
  6. Rəqəmsal marketinq büdcəsini planlaşdırmaq, xərclərə nəzarət etmək, həftəlik və aylıq performans hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.

Necə müraciət etməli?

CV-nizi email-ın mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız qısa siyahıya alınmış namizədlər işə qəbul prosesinin sonrakı mərhələlərinə dəvət olunacaqlar.

Email: [email protected] 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.