Xaricdə Çörək Təcrübə Proqramı Elanı
Xaricdə Çörək layihəsi olaraq, rəqəmsal marketinq və sosial media sahəsində təcrübə qazanmaq istəyən gənclər üçün yeni təcrübə proqramına start veririk. Əgər siz də xaricdə təhsil sahəsində fəaliyyət göstərən dinamik komandanın bir hissəsi olmaq və peşəkar bacarıqlarınızı artırmaq istəyirsinizsə, bu fürsət sizin üçündür.
Təcrübəçinin əsas öhdəlikləri:
- Xaricdə Çörək Instagram səhifəsində post və story paylaşımları
- Facebook qruplarında xaricdə təhsil alan tələbələrlə kommunikasiya
- Hədəf kütləsinin maraqlarına uyğun interaktiv araşdırmalar aparmaq
Tələb olunan bilik və bacarıqlar:
- Analitik düşünmə və effektiv araşdırma aparmaq qabiliyyəti
- Dinamik iş mühitinə tez uyğunlaşma, təşəbbüskarlıq və yüksək motivasiya
Biz nə təklif edirik?
- Remote iş rejimi
- Sürətlə inkişaf edən mühitdə praktiki rəqəmsal marketinq və sosial media idarəetməsi təcrübəsi
- Təcrübə müddətində peşəkar komandanın dəstəyi
Proqrama qoşulub komandamızın bir hissəsi olmaq üçün aşağıdakı qeydiyyat formasını doldurmağınız kifayətdir:
Son müraciət tarixi: 30 oktyabr 2026
Qeydiyyat linki