Vakansiya-Risklərin idarəedilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164

 

Öhdəliklər:

Cəmiyyətin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;

Risklərin idarəedilməsi ilə bağlı siyasət sənədləri, prosedur və metodologiyaların hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək;

Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək; 

Risklərin qiymətləndirilməsi və nəticələr əsasında risk xəritəsinin hazırlanması prosesində iştirak etmək; 

Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək;

Risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək; 

GAP analizinin aparılmasında iştirak etmək; 

Cəmiyyətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;

Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət olunmasının monitorinqini həyata keçirmək.

 

Tələblər:

Riyaziyyat, maliyyə və iqtisadiyyat üzrə ali təhsil;

Ms Office proqramında peşəkar səviyyədə işləmək bacarığı;

Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;

Risklərin idarəedilməsi,aktuar fəaliyyəti və ya audit üzrə 1-2 illik iş təcrübəsi ;

Sahə üzrə arzu olunan sertifikat: FRM.

Risk yönümlü düşüncə, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.

 

Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Risklərin idarəedilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd edərək Cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.