Vakansiya: Sales / Business Development / Partnership Manager (2 nəfər) — Qizilal.az
Şirkət haqqında:
Qizilal.az — Azərbaycanda qızıl və zərgərlik məhsullarının alqı-satqısı üçün ixtisaslaşmış onlayn platformadır. Məqsədimiz zərgərlik bazarını rəqəmsallaşdırmaq və mağazalara əlavə satış kanalı yaratmaqdır.
Vəzifə öhdəlikləri
- Qızıl mağazaları ilə əlaqə qurmaq (zəng və fiziki görüşlər)
- Mağazalara Qizilal.az platformasında mağaza paketlərini təqdim edib satış etmək
- Müştərilərə mağaza açmağı və elan yerləşdirməyi izah etmək
- Banklar və yaşayış kompleksləri ilə görüşərək banner reklamlarının satışını həyata keçirmək
- Müştərilərdən gələn rəyləri, etirazları və imtina səbəblərini sistemə daxil etmək
- Bazarı analiz edib yeni satış imkanları tapmaq
Tələblər
- Satış və ya biznes inkişaf sahəsində təcrübə
- Rus dili biliyi (mütləqdir)
- Aktiv, ünsiyyətcil və nəticəyönümlü olmaq
- Sahədə işləməyə hazır olmaq (field sales)
- Marketplace və ya reklam satış təcrübəsi (üstünlükdür)
- Hazırda komandamız üçün 2 nəfər (1 qadın, 1 kişi olmaqla) namizəd axtarılır
Təklif edirik
- Maaş + komissiya və ya yüksək komissiya modeli
- Həftədə 5 iş günü (10:00 – 18:00)
- Dinamik startup mühiti
- İlk satış komandasının üzvü olacaq
- Gələcəkdə team lead / satış rəhbəri olmaq imkanı
Nə qədər və nədən qazanmaq olar?
- 1 satışdan 300 AZN-ə qədər komissiya
- Orta aylıq qazanc: 2000 – 3000 AZN+
- Mağaza paketləri: 100 – 1500 AZN
- Banner satışları: 100 – 1700 AZN
Nəticəyönümlü satış menecerləri üçün qazanc limiti yoxdur.
Seçim prosesi
- İlk mərhələdə namizədə 10 potensial mağaza ilə görüş imkanı verilir
- Ən azı 1 mağazanı platformaya cəlb edən namizəd işə qəbul olunur
Müraciət
- CV və qısa məlumatınızı göndərin: [email protected]
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.