Hazırda Araz Supermarket MMC SAP komandasında Təcrübəçi vakansiyası aktivdir. Məlumat üçün bildirim ki, Təcrübə proqramı rəsmi və ödənişli (Maaşlıdır) şəkildədir. Nahar və servis Şirkət tərəfindən qarşılanacaq.
CV-ləri mövzu hissəsində “SAP üzrə təcrübəçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Bu proqram çərçivəsində siz:
RISE with SAP layihələrində iştirak edəcək;
İri miqyaslı və kompleks SAP transformasiya layihələrində praktiki təcrübə qazanacaq;
SAP modulları və S/4HANA arxitekturasını öyrənəcək;
SAP həllərində süni intellekt (AI) texnologiyalarının tətbiqi ilə tanış olacaq;
Təcrübəli mütəxəssislərdən mentorluq və peşəkar dəstək alacaq.
Tələblərimiz:
Kompüter mühəndisliyi, İT, mühəndislik, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil;
SAP sahəsində karyera qurmaq və öyrənməyə həvəs;
Yeni texnologiyalara və süni intellekt həllərinə maraq;
İngilis dili bilikləri
Analitik düşüncə, effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı.
Sizi nələr gözləyir?
Hibrid iş modeli;
Müxtəlif SAP modulları üzrə inkişaf imkanı;
Real transformasiya layihələrində iştirak;
Peşəkar mentorluq və praktiki öyrənmə;
Uzunmüddətli karyera və inkişaf perspektivi.