"Satınalma üzrə aparıcı mütəxəssis" vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Yaradılmış sifariş formalarının analiz edilməsi;
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
Tələblər:
Ali təhsil;
Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi;
Yüksək səviyyədə Rus və İngilis dili;
Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
Güclü ünsiyyət və danışıq qabiliyyəti;
Komandada işləmək bacarığı.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə aparıcı mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.