Hazırda şirkətimizə Satınalma üzrə Mütəxəssis (Buyer) tələb olunur.
İş yeri: Zavod ofisi
Tələblər:
• İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil (Magistr dərəcəsi)
• Tədarükçülər şəbəkəsinin idarə olunması üzrə ən azı 1-3 il iş təcrübəsi
• Təchizat və logistika üzrə biliklər
• İnglis dilinin orta səviyyədən yuxarı biliyi
• MS Office komputer proqramı üzrə bacarıqlar
• CIPS sertifikasiyasının olması üstünlükdür
Əsas vəzifə və öhdəliklər:
• Satınalmanın təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildəvaxtında və sərfəli satın alınması, tədarükü
• Kateqoriyanın İdarəolunması prinsiplərinə müvafiq şəkildə kateqoriyalar üzrə danışıqlar aparmaq və müqavilələr bağlanmaq, mal-material və xidmətlər üzrə alış əməliyyatlarının və bu əməliyyatlarla bağlı digər müvafiq işlərin yerinə yetirilməsi
• Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq Təsdiqlənmiş Təchizatçı Siyahısında mövcud olan və eləcə də bazar araşdırması zamanı müəyyən edilmiş alternativ təchizatçılara göndərilməsi, təkliflərin al��nması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
• Tələb olunan hallarda bazarda müxtəlif tədarükçüləri ziyarət etmək və alınan malların fiziki olaraq axtarışını həyata keçirib seçimini həyata keçirmək.
• Təchizatçıların vaxtında satınalma sənədlərinin təhvil verilməsinə nəzarət etmək və bu sənədlərin maliyyə ayının vaxtında bağlanışı üçün Maliyyə şöbəsinə təhvil verilməsi
• Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
• Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma və təsnifat cəhətdən təhlil edilməsi
• Lazım olduqda və tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
• Təchizatçının seçilməsi formasının və alış sifarişlərinin hazırlanması
• Çatdırlmaların Şirkətin ehtiyaclarına uyğun əlaqələndirilməsi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə[email protected]ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 16.12.21
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.