Satınalma üzrə Təcrübə Proqramı – Gilan Knauf
Karyeranıza peşəkar mühitdə başlamaq istəyirsiniz?
Gilan Knauf sizi Bakı şəhərində yerləşən Satınalma şöbəsində ödənişli təcrübə proqramına dəvət edir!
Təcrübə proqramı haqqında:
Təcrübə müddəti: 3 ay
İş rejimi: Bazar ertəsi – Cümə, saat 09:00 – 18:00
İş yeri: Bakı şəhəri (ofisdə, on-site)
Təcrübə dövründə siz satınalma, logistika, maliyyə, satış və administrasiya proseslərinə yaxından bələd olacaqsınız.
Əsas vəzifələr:
Satınalma və əlaqədar şöbələrə (logistika, maliyyə, satış, administrasiya) gündəlik işlərdə dəstək göstərmək
Sənədlərin arxivləşdirilməsi və daxili poçtun yönləndirilməsi
Ödəniş sənədlərinin toplanması və maliyyə şöbəsinə təqdim edilməsi
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək
Məlumatların məxfiliyinə riayət etmək
Namizədə olan tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqədar sahələr üzrə ali təhsil (və ya son kurs tələbəsi olmaq)
Satınalma prosesləri barədə ümumi anlayış
Analitik düşüncə və komanda ilə işləmək bacarığı
Orta səviyyədə MS Excel bilikləri
Azərbaycan dilində səlis danışıq; rus dili biliyi (danışıq səviyyəsində) tələbdir
Məsuliyyətli, öyrənməyə meyilli və təşəbbüskar olmaq
Biz nə təklif edirik:
- Yerli və beynəlxalq layihələrdə iştirak imkanı
- Satınalma və təchizat zənciri sahəsində praktiki bilik və bacarıqlar qazanmaq
- Peşəkar mühitdə təcrübə və karyera inkişafı üçün real imkanlar
- Təcrübə müddətində ödənilən əmək haqqı
Müraciət üçün:
CV-nizi [email protected] ünvanına göndərin.