Şirkətimizdə Satış meneceri köməkçisi vakansiyası aktivdir. Şərtlərlə aşağıda tanış ola bilərsiniz. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış meneceri köməkçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

İş yeri: Bakı

İş qrafiki: Tam ştat

Əmək haqqı: Müsahibə əsasında

Hesabat verir: Satış menecerinə

Vəzifə öhdəlikləri:

-       Satış menecerinin gündəlik fəaliyyətinə operativ dəstəyin göstərilməsi

-       Müştərilərlə yazılı və şifahi ünsiyyətin aparılması

-       Bütün sosial şəbəkələr üzərindən müştəri bazasının hazırlanması və mütəmadi yenilənməsi

-       Müştərilərlə görüşlərin razılaşdırılması

-       Daxil olan sorğuların qeydiyyatı və vaxtında cavablandırılması

-       Satış prosesinin ilkin mərhələsində koordinasiya və nəzarətin təmin edilməsi

Namizədə tələblər:

-       Ali təhsil (iqtisadiyyat, biznes, marketinq və ya oxşar sahə arzuolunandır)

-       Satış və ya müştəri xidməti sahəsində minimum 6 ay iş təcrübəsi (arzuolunandır)

-       Azərbaycan, rus dili – səlis; ingilis dili biliyi üstünlükdür

-       MS Office proqramlarında sərbəst işləmək bacarığı

-       Yüksək ünsiyyət və təqdimat bacarıqları

-       Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq

-      Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı

Şirkət təklif edir:

-       Stabil və peşəkar iş mühiti

-       Karyera inkişafı və öyrənmə imkanları

-       Rəqabətədavamlı əmək haqqı

-      Korporativ qaydalara uyğun iş şəraiti

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.