Satış Meneceri üzrə Təcrübə Proqramı (Internship)
Antec MMC-də satış sahəsində praktiki bilik və real iş təcrübəsi qazanmaq istəyən namizədlər üçün 1–3 aylıq Satış Meneceri üzrə təcrübə proqramı elan edilir.
Təcrübə proqramının məqsədi:
Təcrübəçilərə müştəri ilə ünsiyyət, satış proseslərinin idarə olunması və nəticəyönümlü satış strategiyalarının öyrədilməsi.
Əsas tələblər:
Satış, biznesin idarə olunması, marketinq və ya əlaqəli sahələrdə təhsil alan və ya yeni məzun olan şəxslər
Yaxşı ünsiyyət və təqdimat bacarıqları
Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
Öyrənməyə açıq və komandada işləmə bacarığı
MS Office üzrə baza bilikləri
Qeyd: Satış sahəsində təcrübə tələb olunmur. İlkin təlim və mentor dəstəyi təmin edilir.
Təcrübə müddəti:
Müddət: 1–3 ay
İş qrafiki: Razılaşma əsasında (tam və ya yarım ştat)
Təcrübə proqramı çərçivəsində:
Müştərilərlə ilkin əlaqənin qurulması
Satış zəngləri və yazışmalarında iştirak
Satış təkliflərinin hazırlanmasına dəstək
CRM sistemində məlumatların işlənməsi
Satış hesabatlarının hazırlanmasında iştirak
Təklif edirik:
Real satış proseslərində praktiki iştirak
Satış bacarıqlarının inkişafı üçün təlimlər
Təcrübə sonunda sertifikat
Uğurlu namizədlər üçün daimi iş imkanı
Müraciət qaydası:
CV-lərinizi [email protected] mailinə göndərə bilərsiniz.