TAN MEDİA MMC komandamıza “Satış Meneceri üzrə Təcrübəçi”axtarırıq!
Əgər insanlarla ünsiyyəti sevirsənsə, danışmaqdan çəkinmirsənsə və “satış bacarığımı inkişaf etdirim” deyirsənsə — bu təcrübə proqramı sənin üçündür
2 aylıq təcrübə proqramı ərzində əldə edəcəksən:
-Satış strategiyalarının hazırlanması və icrasında iştirak
-Yeni müştəri bazasının yaradılması və mövcud müştərilərlə münasibətlərin gücləndirilməsi
-Müştəri ehtiyaclarını anlamaq və onlara uyğun məhsul təqdim etmək
-Soyuq zənglər vasitəsilə yeni müştərilərlə əlaqə qurmaq
-Satış sonrası əməliyyatlar, çatdırılma və ödəniş proseslərini izləmək
-Korporativ və fərdi görüşlərdə, müştərilərlə düzgün ünsiyyətin qurulması prosesini müşahidə etmək
-Media və kommunikasiya mühitində real iş təcrübəsi qazanmaq
Namizədlər üçün tələblər:
-Satış sahəsinə maraq və öyrənməyə açıq olmaq
-Güclü ünsiyyət və təqdimat bacarığı
-Komanda ilə işləmək və təşəbbüskar davranmaq
-Analtik düşünmə bacarığı
-Karyera və inkişaf meyilli yanaşma
Proqram haqqında:
• Müddət: 2 ay
• İş qrafiki: Həftədə 5 iş günü (yarım iş günü)
• Təcrübə müddəti ödənişsizdir, lakin satış göstəricilərinə əsasən *bonuslar* verilir
Qeyd: Tələbə və ya yeni məzun olmuş şəxslər də müraciət edə bilər. Uğurlu namizəd üçün proqramın sonunda iş imkanı yaradıla bilər
CV-nizi [email protected] ünvanına “Satış Meneceri üzrə Təcrübəçi” yazaraq göndərə bilərsiniz.