Komandamızı genişləndiririk!
Horizon Marketing Satış meneceri vakansiyasını elan edir. Reklam, SMM və ya rəqəmsal marketinq agentliyində satış təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
• Potensial müştəriləri araşdırmaq və onlarla əlaqə qurmaq
• Daxil olan müraciətləri cavablandırmaq və müştəri ehtiyaclarını müəyyənləşdirmək
• Müştərinin ehtiyacına uyğun kommersiya təkliflərini komanda ilə birlikdə hazırlamaq və təqdim etmək
• Müştəri görüşləri keçirmək və satış danışıqları aparmaq
• Satış prosesini ilk əlaqədən razılaşmaya qədər idarə etmək
Tələblər
• Reklam, SMM və ya rəqəmsal marketinq agentliyində satış təcrübəsi
• Agentlik xidmətləri üzrə bilik və onları müştəriyə aydın təqdim etmək bacarığı
• Yeni müştərilərlə əlaqə qurmaq və satış danışıqları aparmaq bacarığı
• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət
• Məsuliyyətlilik, işini planlamaq və komanda ilə əməkdaşlıq etmək bacarığı
İş şəraiti
• 5 günlük iş qrafiki (şənbə və bazar istirahət günləridir)
• İş yeri — Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 20
Müraciət qaydası
CV-nizi [email protected] ünvanına göndərin və məktubun mövzu hissəsində “Satış meneceri” qeyd edin.