Vakansiya: Satış məsləhətçisi
Şirkət haqqında
VMF şirkəti satış komandamıza qoşulmaq üçün ünsiyyətcil, məsuliyyətli və satış sahəsində təcrübəsi olan namizədlər axtarır.
Vəzifə öhdəlikləri
Salona daxil olan müştəriləri qarşılamaq və ehtiyaclarına uyğun məhsul seçimində köməklik göstərmək;
Satış prosesi boyunca müştəriləri müşayiət etmək və yüksək səviyyədə xidmət göstərmək;
Məhsulların xüsusiyyətləri, texniki göstəriciləri, zəmanət şərtləri və servis xidmətləri barədə ətraflı məlumat vermək;
Məhsullar haqqında zəruri texniki biliklərə sahib olmaq və müştərilərin suallarını cavablandırmaq;
Satış texnikalarından istifadə edərək satış hədəflərinin yerinə yetirilməsinə töhfə vermək;
Müştəri məmnuniyyətini təmin etmək və şirkətin xidmət standartlarına riayət etmək.
Namizədə tələblər
Yaş həddi: 18–40;
Xanım və bəy namizədlər;
Satış sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini əla, rus dilini isə orta səviyyədə bilmək;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Aydın nitq, səliqəli görünüş və gülərüz davranış;
Satış texnikaları haqqında biliklər;
MS Office proqramlarından və sosial şəbəkələrdən istifadə bacarığı;
Məsuliyyətli, təşəbbüskar və müştəriyönümlü olmaq.
İş şəraiti və üstünlüklər
İş qrafiki: Tam iş günü;
İstirahət günü: Həftə ərzində 1 gün;
Əməkhaqqı: 450 AZN sabit əməkhaqqı + bonus;
İş yeri: Bakı şəhəri.
Müraciət qaydası
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.