“Azera Holding” üçün Satış Rəhbəri vakansiyası üzrə namizəd axtarılır

 

Vəzifə Öhdəlikləri:

• Effektiv planlama və düzgün qiymət siyasəti ilə Holdingin biznes vahidlərinin satış hədəflərinin müəyyən edilməsi;

• Holdingin tərkibinə daxil olan biznes vahidlərinin müxtəlif fəaliyyət istiqamətləri üzrə satışın təşkili, ümumi satış strategiyasının hazırlanması və icrası;

• Holdingin biznes vahidlərinin satış planlarının yerinə yetirilməsi proseslərinin təmin olunması; 

• Satış komandasının idarə edilməsi və motivasiyası;

• Satış komandasının işinə nəzarət ,performansın qiymətləndirməsi və motivasiya sisteminin tətqbiqi;

• Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi;

• Daxili və xarici bazarı araşdırmalı satışı həyata keçirdə bilməsi üçün bütün kanallardan istifadə etməsi ;

• Satış üzrə təqdimat və təkliflərin hazırlanması;

• Satış nümayəndələrinin qarşısına düzgün satış hədəflərinin qoyulması;

• Holdingin biznes vahidlərinin məhsul və qiymət planlamasını hazırlamaq;

• Müştərilərlə sıx əlaqədə olmaq onların ehtiyac və tələblərini analiz etmək;

• Rəqiblərin,trendlərin və bazarda baş verən yeniklərin təqib edilməsi,analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;

• Rəqib fəaliyyətləri haqqında təsbit edilən məlumatların dəyərləndirilməsi və müvafiq şöbələr ilə görüşərək tədbir görülməsi üçün təkliflər verilməsi;

• Ərazi daxilində (ölkə daxili) müvafiq məhsulların satışının təşkil edilməsi və nəzarətinin həyata keçirilməsi;

• Tabeçiliyində olan işçilərin iş planının və günlük proqrama uyğun olaraq çalışıb-çalışmadıqlarının kontrolu;

• Tabeçiliyində olan işçilərin əmək intizamına riayət etməsinə ,funksional öhdəliklərin yerinə yetirilməsinə,korporativ normaların izlənməsinə,müştərilərin idarə olunmasına və müştərilərlə xidmətə nəzarət etmək;

• Satış nöqtələrinin ziyarət edilməsi və təsbit edilən problemlərin həll edilməsi;

• Ünsiyyət ,tədqiqat,təşkilatçılıq,problem həll etmə ,analitik yazı və təqdimat bacarıqları;

• Satışın və xalis gəlirin həsmini maksimum səviyyədə artıtmaq məqsədi ilə gündəlik satış barədə məlumatları təhlil etmək.

 

Tələblər:

• Ali təhsil (Biznes,marketinq,iqtisadiyyat,biznesin idarəedilməsi sahələr üzrə arzuolunandır);

• Satış və idarəçilik sahəsində ən az 3 il tərcübəsi olmalıdır;

• MS Office proqramında baza bilikləri olmalı,1C,excel bilikləri yüksək səviyyədə;

• Dil bilikləri :Azərbaycan dili səlis,Rus dili-səlis ,ingilis dili-arzuolunandır; 

• B kateqoriyalı avtomobil idarə etməyi bacarmalı;

• Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, səlis danışma bacarığı olmalıdır;

• Komanda ,idarəetmə və liderlik qabiliyyəti olmalıdır;

•Analitik düşünmə və nəticəyönümlü yanaşma.

 

 

Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək 

İş qrafiki: 6 günlük 

 

Uyğun olan namizədlərdən cv-lərinizi şirkət və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.