Satış təmsilçiləri (spritli və spirtsiz içkilər üzrə) axtarışındayıq! Əsas tələblər: -Minimum təhsil dərəcəsi: Orta-ixtisas -Komputer bilikləri: MS Office – Başlanğıc səviyyədə; -Dil bilikləri: Azərbaycan dili – Əla -Yaş həddi: 22 – 30; -Cinsi: Kişi; -Təcrübə: Sürətli İstehlak sektorunda (əsasən su və spirtli içkilər üzrə) minimum 1 il satış təcrübəsi; -B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir; -Satış sahəsində karyera qurmağı hədəf seçən. Fərdi keyfiyyət göstəriciləri: -Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran; -Komanda ilə işləmə bacarığı; -Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı; -Gərgin iş tempinə uyğunlaşa bilən; -Planlaşdırma və problem həll etmə bacarığı; -İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək; İş barədə: -Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq; -Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büd
cəsindəki hədəflər istiqamətində sifarişləri almaq; -Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək; -Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq; -Yeni məhsulları tanıtmaq; -Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək; -Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət; -Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək; -Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: -Fix 1200 AZN; -Satışa görə əlavə bonus; -Yemək pulu və benzin pulu şirkət tərəfindən; -Korporativ telefon nömrəsi və danışıq paketi. Müraciət forması: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla[email protected]mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.