İneo Qrup şirkəti Satış təmsilçisi vakansiyası üzrə namizədləri dəvət edir.
Şirkət Jacadi, Petit Bateau, Pretty Ballerinas, Mayoral, Yves Rocher kimi Avropa brendlərinin satışı üzrə fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
·Mağazaya daxil olan müştərilərə yüksək xidmətin göstərilməsi;
·Məhsullar barədə ətraflı məlumatın müştərilərə çatdırılması;
·Mağazanın səliqəli saxlanmasına diqqət etmək.
Tələblər:
·Azərbaycan və rus dillərində sərbəst ünsiyyət;
·Geyim və kosmetika satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
İş qrafiki: Növbəli
Əmək haqqı: 400 AZN + bonus
Müraciət üçün:
Maraqlanan namizədlərdən mövzu sətrində “Satış təmsilçisi” qeyd etməklə[email protected]ünvanına CV göndərmələri tələb olunur.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.