Satış üzrə təcrübəçi vakansiyası

 

Handex Əlavə Təhsil Mərkəzi komandamıza Satış üzrə təcrübəçi axtarırıq.

 

Təsvir:

WhatsApp, sosial media və telefon vasitəsilə daxil olan müraciətlərin cavablandırılmasına dəstək olmaq;

Potensial müştərilərlə əlaqə saxlamaq və onların ehtiyaclarını öyrənmək;

Satış prosesinin müxtəlif mərhələlərində komandaya dəstək olmaq;

Müştərilərə təhsil proqramları haqqında ətraflı məlumat vermək.

 

Tələblər:

Ali təhsil

Satış sahəsində inkişaf etmək və bu istiqamətdə karyera qurmaq istəyi;

Güclü kommunikasiya və dinləmə bacarığı;

İnsanlarla rahat ünsiyyət qurmaq;

Öyrənməyə açıq və nəticəyönümlü olmaq;

Məsuliyyətli, operativ və təşəbbüskar olmaq;

MS Office proqramları haqqında ilkin bilik.

 

Təklif edirik:

Ödənişli (maaşlı) təcrübə proqramı;

Satış sahəsində praktiki təcrübə qazanmaq imkanı;

Peşəkar inkişaf və karyera imkanları;

Dinamik və komanda yönümlü iş mühiti.

İş yeri: Bakı

İş rejimi: Tam iş günü

 

Maraqlanan namizədlər CV-lərini Mövzu hissəsinə “Satış üzrə təcrübəçi” qeyd edərək [email protected]   mail ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.