Satış üzrə məsləhətçi vakansiyası
Namizədə tələblər
• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi olmalı(kitab sektoru üzrə)
• Kitablar və müəlliflər barədə məlumatlı olmaq;
• Azərbaycan dilini mükəmməl bilməli, (rus və ingilis dili üstünlükdür);
• Cəld, operativ, diqqətcil və işə qarşı məsuliyyətli olmalı.
Vəzifələr
• Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi və müvafiq olaraq yerləşdirilməsi;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
• Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
• Mağaza menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş barədə:
• Növbəli iş qrafiki, həftəiçi 1 gün istirahət;
• Stabil əmək haqqı + satışdan faiz verilir.
Müraciət üçün mail: [email protected] müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunmalı.