Vakansiya: Satış üzrə Təcrübəçi (Sales Intern)
Vəzifə öhdəlikləri
• Potensial müştərilərin CRM sisteminə əlavə edilməsi;
• Potensial müştərilərlə ilkin danışıqların aparılması;
• Açıq dərslər üçün qeydiyyatların aparılması;
• Müqavilələrin hazırlanmasında iştirak;
• Müştərilərin ofisdə qarşılanması;
• Satış proseslərində və gündəlik əməliyyatlarda iştirak.
Tələblər
• Yaş: 18–25;
• Ali təhsilli və ya hazırda ali təhsil alan namizədlər;
• Satış sahəsində inkişaf etmək istəyi;
• Yaxşı ünsiyyət və təqdimat bacarıqları;
• Öyrənməyə açıq və məsuliyyətli olmaq;
• Verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
• Peşəkar satış komandası ilə birgə çalışaraq praktiki təcrübə qazanmaq imkanı;
• Real satış mühitində bilik və bacarıqların inkişafı.
Şərtlər
• Təcrübə proqramının müddəti: 3 ay;
• Təcrübə proqramını uğurla bitirən namizədlərə iş təklifi imkanı;
• İş qrafiki: Part-time (günün ilk yarısı və həftə sonu)
Müraciət üçün :
Təcrübə proqramıma müraciət etmək üçün, zəhmət olmasa CV-nizi və əlavə məlumatları [email protected] ünvanına göndərin.